Azərbaycan əhalisi içkiyə və tütünə ildə nə qədər pul xərcləyir? - Son 5 ildə 650 milyon manatdan çox artım
Bu ilin ilk beş ayında Azərbaycan əhalisi içki və tütün məlumatlarına 1 milyard 39,8 milyon manat pul xərcləyib. Bu dövr ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,9 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Bəs Azərbaycan əhalisi hər il içki və tütün məlumatlarına nə qədər pul xərcləyir?
2023-cü ildə Azərbaycan əhalisi içki və tütün məlumatlarına 2 milyard 574,1 milyon manat xərcləyib ki, bu da, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,4 faizini təşkil edib.
2022-ci ildə Azərbaycan əhalisi içki və tütün məlumatlarına 2 milyard 449,6 milyon manat xərcləyib. Bu, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,7 faizini təşkil edib.
2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 287,8 min manatlıq içki və tütün məlumatları satılıb.
2020-ci ildə Azərbaycan əhalisi içki və tütün məlumatlarına 2 milyard 168,5 milyon manat xərcləyib. Bu, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizini təşkil edib.
2019-cu ildə Azərbaycan əhalisi içki və tütün məlumatlarına 1 milyard 919,4 milyon manat xərcləyib ki, bu da, vətəndaşların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,9 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay