Azərbaycanda 5 ayda illik inflyasiya 0,6% olub
2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 100,6%, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 99,2%, qeyri-qida məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib.
Valyuta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin may ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 100,3%, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 98,6%, qeyri-qida məhsulları üzrə 101%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2% olub.
2024-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9% olub. Qida məhsulları, içki və tütün məlumatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3% təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay