Statistika
11.06.2024 / 17:00
Yanvar-aprel aylarında Bakıda 10 milyard manatlıq məhsul satılıb
49897
2024-cü ilin yanvar-aprel ayında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 9 milyard 920,7 milyon manat olub.
Valyuta.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 5530,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,3 faiz artaraq 4390,1 milyon manata bərabər olub.
Qeyd olunub ki, istehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay