Statistika
05.06.2024 / 13:34
Xaricə 222 min ton sement satmışıq – Nə qədər artım olub?
49498
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 222 min 507 ton miqdarında hazır və ya klinker formasında sement satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsuldan əldə olunan gəlir 13 milyon 455 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 21 min 538 ton (10,7%), dəyər ifadəsi ilə 2 milyon 511 min ABŞ dolları (22,9%) çoxdur. Ötən ilin ilk dörd ayında xaricə satdığımız hazır və ya klinker formasında sementin miqdarı 200 min 969 ton, dəyəri isə 10 milyon 944 min ABŞ dolları olub.
Qeyd edək ki, bu dövrdə ixrac olunan hazır və ya klinker formasında sement ümumi ixracın 0,16 faizini, qeyri-neft sektoru üzrə ixracın 1,46 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay