Xaricə satdığımız azot gübrəsinin miqdarı 70 min tona yaxın artıb – Qiyməti ucuzlaşıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 170 min 917 ton miqdarında, 33 milyon 46 min ABŞ dolları dəyərində azot gübrəsi satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 66 min 396 ton (63,5%), dəyər ifadəsi ilə 2 milyon 704 min ABŞ dolları (8,9%) çoxdur. Ötən ilin eyni dövründə xaricə satılan azot gübrəsinin miqdarı 104 min 521 ton, dəyəri isə 30 milyon 342 min ABŞ dolları olub.
Hesabat dövründə xaricə satılan azot gübrəsinin bir tonu üçün orta qiyməti 193,3 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 97 ABŞ dolları və ya 33,4% ucuzdur. 2023-cü ilin yanvar-aprel aylarında bu qiymət 290,3 ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə ixrac olunan azot gübrəsi ümumi ixracın 0,40 faizini, qeyri-neft sektoru üzrə ixracın 3,59 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay