Statistika
01.06.2024 / 11:35
Bu məhsulun xaricdən alışında 8 milyon dollara yaxın azalma olub
49264
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 91 min 391 ton miqdarında, 160 milyon 722 min ABŞ dolları dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar alıb.
Valyuta.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 153 ton (2,3%), dəyər ifadəsi ilə 7 milyon 878 min ABŞ dolları (4,7%) azdır. Ötən ilin eyni dövründə xaricdən alınan plastmassa və onlardan hazırlanan məmulatların miqdarı 93 min 544 ton, dəyəri isə 168 milyon 600 min ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə idxal olunan plastmassa və onlardan hazırlanan məmulatlar ümumi idxalın 2,94 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay