Statistika
31.05.2024 / 15:23
Xaricə satılan şəkərdən əldə olunan gəlir 5 milyon dollardan çox azalıb
49242
Cari ilin ilk dörd ayında Azərbaycan xaricdən 63 milyon 177 min ABŞ dolları dəyərində şәkәr vә şәkәrdәn hazırlanan qәnnadı mәmulatları alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 907 min ABŞ dolları və ya 7,2% azdır. Ötən ilin eyni dövründə xaricdən alınan bu məhsulun dəyəri 68 milyon 84 min ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycan xaricə 7 milyon 675 min ABŞ dolları dəyərində şәkәr vә şәkәrdәn hazırlanan qәnnadı mәmulatları satıb ki, bu da illik müqayisədə 5 milyon 194 min ABŞ dolları, yaxud da 40,3% azdır. Ötən ilin eyni dövründə bu məhsulun xaricə satışından əldə olunan gəlir 12 milyon 869 min ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay