Statistika
31.05.2024 / 12:05
Tikinti materiallarının istehsalında 125 milyon manatlıq artım - Rəqəmlər
49160
Ölkəmizdə 2024-сü ilin yanvar-aprel aylarında 406,8 milyon manatlıq tikinti materialları istehsal olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 125,5 milyon manat və ya 44,6 faiz çoxdur. 2023-cü ilin eyni dövründə tikinti materialları istehsalının dəyəri 281,3 milyon manat olub.
Bundan başqa, bu ilin ilk dörd ayında beton istehsalı 39,0 faiz, tikinti gipsinin istehsalı 39,0 faiz, təbii asfalt istehsalı 32,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,0 faiz, sement istehsalı isə 21,6 faiz artıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay