BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49128

Azərbaycanın açıqladığı rəsmi məlumatlara əsasən ölkəmizə gələn əcnəbilərin 65 faizi turizm məqsədilə, 35 faizi digər məqsədlərlə səfər edən şəxslərdir.

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, burada digər məqsəd dedikdə, mövsümi, qısa və ya uzun müddətə işləməyə gələnlər, ictimai nəqliyyat vasitələrinin heyəti, idxal yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslər, xarici ölkələrin səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə ölkəmizdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s. şəxslər daxildir.

Həmçinin bu qrupa məqsədindən asılı olmayaraq ölkəmizə 90 gündən artıq müddətə səfər edən şəxslər də aiddir.

Rəsmi məlumatlardan aydın olur ki, turizm məqsədilə səfər edənlərin payı uzaq ölkələrdən gələnlər arasında yüksəkdir. Digər məqsədlə gələnlərin payı isə qonşu ölkələrin vətəndaşları arasında müşahidə olunur.

İran vətəndaşları Azərbaycana, əsasən, qeyri-turizm məqsədilə səfər edirlər. İrandan gələnlərin 94 faizi ölkəmizə turist kimi gəlməyiblər. 2024-cü ilin yanvar-aprel ayları ərzində İrandan 70,1 min nəfər gəlib ki, onun da 66 mini turist olmayıb.

Türkiyə vətəndaşlarının da çox hissəsi turist kimi səfər etməyiblər. Qardaş ölkədən gələn hər 100 nəfərin 66,5 nəfəri qeyri-turistdir.

Gürcüstandan gələnlərin 56 faizi turizm məqsədilə səfər edib. Bu ölkədən gələn 33,2 min nəfərin 18,6 min nəfəri turist olub.

Rusiyadan qeyri-turist kimi gələnlər isə bütün səfər edənlərin 22 faizini təşkil edib.

Uzaq ölkələrdən ABŞ, Ərəb dövlətlərinin, Avropa ölkələrinin əhalisinin 80 faizindən çoxu bir qayda olaraq turizm məqsədilə Azərbaycana gəlirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin