Statistika
30.05.2024 / 09:57
Ət, süd və yumurta istehsalı artıb
49086
2024-cü ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 190,1 min ton ət, 701,9 min ton süd, 764,3 milyon ədəd yumurta istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,2 faiz artıb.
Bundan başqa, bu ilin ilk dörd ayında Azərbaycanda 1,9 min ton yun istehsal edilib ki, bu da illik müqayisədə 8,9 faiz azdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay