Rusiyanın ən çox alma idxal etdiyi ölkələr: Azərbaycan...
2024-cü ilin əvvəlindən mayın 26-dək Rusiya ən çox almanı Serbiya (30,9 min ton), Azərbaycan (28,4 min ton)və Çindən (15,2 min ton) idxal edib. Ümumilikdə, bu ilin əvvəlindən ölkəyə 178,3 min ton alma tədarük edilib.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci ildə ümumilikdə 615,08 min ton, 2023-cü ildə isə 417,03 min ton alma idxal edilib. Belə ki, 2022-ci ildə Rusiyaya almanın əsas tədarükçüləri Serbiya (99,6 min ton), Türkiyə (89,5 min ton), Azərbaycan (77,2 min ton) və Belarus (73,06 min ton) olub.
2023-cü ildə isə ən çox alma Belarusdan (79,7 min ton), Azərbaycandan (79,2 min ton), Serbiyadan (47,1 min ton) və Türkiyədən (40,9 min ton) idxal edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay