Xaricdən ət alışı artıb – Qiyməti nə qədər bahalaşıb?
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 16 min 738 ton miqdarında ət alıb.
Valyuta.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 36 milyon 503 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 477 ton (17,3%), dəyər ifadəsi ilə 11 milyon 567 min ABŞ dolları (46,3%) çoxdur. Ötən ilin müvafiq dövründə ət idxalının miqdarı 14 min 261 ton, dəyəri isə 24 milyon 936 min ABŞ dolları olub.
Hesabat dövründə xaricdən alınan ətin bir kiloqramı üçün orta qiyməti 2,18 ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,44 ABŞ dolları bahadır. Ötən ilin eyni dövründə bu qiymət 1,74 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, cari ilin ilk dörd ayında idxal olunan ət ümumi idxalın 0,67 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay