Statistika
23.05.2024 / 11:23
Xaricə satdığımız pambıq lifinin dəyərində 40 milyon dollara yaxın artım olub – Rəqəmlər
48654
Bu ilin ilk dörd ayında Azərbaycanın xarici ölkələr satdığı pambıq lifinin miqdarı 51 min 994 ton olub.
Valyuta.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 78 milyon 691 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 31 min 21 ton (148%), dəyər ifadəsi ilə 40 milyon 344 min ABŞ dolları (105,2%) çoxdur. Ötən ilin yanvar-aprel ayında Azərbaycanın pambıq lifi ixracının miqdarı 20 min 973 ton, dəyəri isə 38 milyon 347 min ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə ixrac olunan pambıq lifi ümumi ixracın 0,96 faizini, qeyri-neft sektoru üzrə ixracın 8,55 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay