Xaricdən aldığımız buğdanın qiyməti ucuzlaşıb – Rəqəmlərdə azalma
Cari ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrdən 266 min 609 ton miqdarında buğda alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 59 milyon 697 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 142 min 429 ton (34,8%), dəyər ifadəsi ilə 64 milyon 292 min ABŞ dolları (51,8%) azdır. 2023-cü ilin yanvar-aprel aylarında buğda idxalının miqdarı 409 min 38 ton, dəyəri isə 123 milyon 989 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə xaricdən alınan buğdanın bir tonu üçün orta qiyməti 223,9 ABŞ dolları olub ki, bu da illik müqayisədə 79,2 ABŞ dolları 26,1% ucuzdur. Ötən ilin eyni dövründə buğda idxalının bir tonu üçün orta qiyməti 303,1 ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə idxal olunan buğda ümumi idxalın 1,09 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay