Xaricdən 40 min ton artıq gübrə almışıq – Qiyməti kəskin ucuzlaşıb
Cari ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrdən 76 min 848 ton miqdarında gübrə alıb.
Valyuta.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 30 milyon 403 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 39 min 465 ton (105,5%), dəyər ifadəsi ilə 6 milyon 321 min ABŞ dolları (26,2%) çoxdur. 2023-cü ilin eyni dövründə xaricdən gübrə alışının miqdarı 37 min 383 ton, dəyəri isə 24 milyon 82 min ABŞ dolları olub.
Hesabat dövründə xaricdən alınan gübrənin bir tonu üçün orta qiymət 395,6 ABŞ dolları olub ki, bu da illik müqayisədə 248,6 ABŞ dolları və ya 38,5% ucuzdur. Ötən ilin yanvar-aprel aylarında Azərbaycanın xaricdən aldığı gübrənin bir tonu üçün qiyməti 644,2 ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə idxal olunan gübrə ümumi idxalın 0,56 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay