Statistika
20.05.2024 / 13:08
Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb
48432
Cari ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrə 7 milyon 389 min ABŞ dolları dəyərində şəkər satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dəyərdə məhsulun miqdarı 9 min 787 ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7 min 439 ton (43,2%), dəyər ifadəsi ilə 4 milyon 988 min ABŞ dolları (40,3) azdır. 2023-cü ilin yanvar aylarında Azərbaycanın şəkər ixracının miqdarı 17 min 226 ton, dəyəri isə 12 milyon 377 min ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə ixrac olunan şəkər ümumi ixracın 0,09 faizini, qeyri-neft sektoru üzrə ixracın 0,80 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay