Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR
2024-cü ilin yanvar-aprel aylarına aid olan məlumata əsasən, Azərbaycanda dövlət sektorunda maaşla çalışan işçilərin sayı bir il əvvəlki dövrlə müqayisədə azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Bir il əvvəl dövlət sektorunda 904,1 min muzdlu işçi çalışırdı. Bu il dövlət sektorunda çalışanların sayı 899,8 min olub ki, bu da 4,3 min nəfər azalma deməkdir.
Dövlət sektorunda işçi sayı azalsa da, qeyri-dövlət sektorunda işçi sayı artıb. Müqayisə edilən dövrdə işçi sayı 832,3 min nəfərdən 849,1 min nəfərə yüksəlib. Bir ildə qeyri-dövlət sektorunda maaşla çalışanların sayı 16,8 min nəfər artıb.
Ümumilikdə, bu il əvvəlki illə müqayisədə muzdlu işçi sayı daha çoxdur. Son bir ildə maaşla çalışan işçi sayı 12,6 min nəfər artaraq 1 milyon 748 min 900 nəfərə çatıb.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay