Statistika
18.05.2024 / 23:23
Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb
47958
Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrə 187 ton mis filizləri və konsentratları satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsuldan əldə olunan gəlir 338 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3 min 844 ton (21,5 dəfə) dəyər ifadəsi ilə 5 milyon 39 min ABŞ dolları (16 dəfə) azdır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 4 min 31 ton mis filizləri və konsentratları satıb ki, bundan da əldə olunan gəlir 5 milyon 377 min ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay