Statistika Komitəsindən maraqlı addım – Balın istehsalçı qiyməti açıqlandı
Ötən il Azərbaycanda satılan təbii balın orta aylıq pərakəndə satış qiyməti 28,75 manat ilə 29,10 manat arasında dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin qiymət statistikasıyla bağlı açıqladığı bülletenlərdə yer alıb.
Açıqlanan məlumatlarda bildirilir ki, təbii bal ən aşağı qiymətə – 28,75 manata iyul, sentyabr və dekabr aylarında satılıb. Ən baha qiymətə isə iyun ayında satılıb – 29,10 manat.
Dövlət Statistika Komitəsinin “Mətbu məlumatlar” bölməsində yerləşdirilən “Arıçılıq məhsullarının istehsalı haqqında” məlumatda isə balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat kimi qeyd olunub.
Dövlət Statistika Komitəsindən Yeniavaz.com-a verilən məlumatda bildirilib ki, “Arıçılıq məhsullarının istehsalı haqqında” məlumatda göstərilən balın 1 kiloqramının orta satış qiyməti istehsalçı qiyməti (topdansatış) olaraq nəzərdə tutulub.
Onu da bildirək ki, Komitənin açıqladığı məlumatda göstərilən qiymətin istehlakçı (pərakəndə), yaxud da istehsalçı (topdansatış) qiymət olduğu qeyd olunmayıb.
Maraqlıdır ki, Dövlət Statistika Komitəsi hər ay mütəmadi olaraq istehlakçı qiymətlərini açıqlasa da, istehsalçı qiymətlərini açıqlamır. Komitə malların istehsalçı qiymətlərini məbləğ olaraq deyil, yalnız qiymət indeksi (dinamika) şəkilində açıqlayır.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay