Azərbaycanda sənaye istehsalı 1 milyarddan çox azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar ayında 5 milyard 200 milyon manatlıq sənaye məhsulu istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 20%, yaxud da 1 milyard 300 milyon manat azdır.
Son bir ildə neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artıb.
Sənaye məhsulunun 66,6 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 41,0 faiz, mebel istehsalı 40,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 35,0 faiz, tikinti materiallarının istehsalı 34,5 faiz, tütün məmulatlarının istehsalı 28,3 faiz, geyim istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 24,9 faiz, hazır metal məmulatlarının istehsalı 18,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,0 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, içkilərin istehsalı 6,3 faiz artıb.
Poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, sair sənaye məhsullarının istehsalı 13,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,5 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,0 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay