Əhali bu il yanacağa 2,8 mlrd. manatdan çox vəsait xərcləyib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 804,4 mln. manat xərclənib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu göstərici 2022-ci ilin müvafiq dövrünün göstəricisini 8% üstələyir.
Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 768,7 mln. manat xərclənib, bu göstərici 2021-ci ilin göstəricisini 7,9% üstələyir.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay