Azərbaycanda sənaye istehsalı azalıb
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib.
Valyuta.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsindən bildiriblər. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artıb.
Məlumata görə, hesabat dövründə sənaye məhsulunun 68,1 faizi mədənçıxarma sektorunda, 26,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz artıb”, - məlumatda qeyd olunub.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay