Azərbaycanda oksigen istehsalı 4 dəfə artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 147,9 milyon manatlıq məhsul istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda əks olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 62,1%, rezin və plastik kütlə məmulatlarının istehsalında 17,5%, kimya sənayesi məhsullarının istehsalında isə 5,8% artıb.
Hesabat dövründə ölkədə 6 455,3 min kubmetr oksigen istehsal olunub ki, bu da illik ifadədə 3,9 dəfə çoxdur. İstehsal olunmuş oksigenin 6 431,3 min kubmetri (artım 4 dəfə) əmtəəlik oksigenin payına düşüb.
Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,1 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 4,1 dəfə artıb.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay