Bu il meyvə-tərəvəz məhsullarının ixracı və idxalı kəskin azalıb
2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 33,0 faiz azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.
Qeyd edilib ki, həmçinin kartof – 12,9 faiz, şəkər – 1,8 dəfə, bitki yağları – 2,6 faiz, meyvə və tərəvəz şirələri – 15,9 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 11,3 faiz, pambıq lifi – 1,7 dəfə, pambıq ipliyi – 2,0 dəfə, qara metallardan yarımfabrikatlar – 12,4 dəfə artmış, təzə tərəvəz ixracı isə 22,3 faiz, çay – 21,2 faiz, tütün – 43,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,2 faiz, polietilen – 6,2 faiz, emal olunmamış alüminium – 42,1 faiz, qara metallardan borular – 1,3 faiz, bentonit gili – 9,2 faiz azalıb.
2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında çay idxalı 3,9 faiz, kartof – 14,1 faiz, təzə tərəvəz – 43,3 faiz, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 1,3 faiz, hesablama maşınları, blok və qurğuları – 18,8 faiz, yük avtomobilləri – 2,0 dəfə, rezin şinlər – 1,6 dəfə, mebellər – 29,8 faiz, paltaryuyan maşınlar – 34,1 faiz, məişət soyuducuları – 18,1 faiz artmış, bitki yağları idxalı isə 7,7 faiz, buğda – 5,9 faiz, xam şəkər və şəkər – 0,4 faiz, təzə meyvə – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları –12,1 faiz, quş əti və onun əlavə məhsulları – 19,2 faiz, mal əti – 42,8 faiz, siqaretlər – 9,0 faiz, qara metallardan borular – 35,8 faiz, polad prokatı – 39,9 faiz, mineral gübrələr – 46,4 faiz, məişət kondisionerləri – 0,8 faiz, qara metallardan çubuqlar – 69,7 faiz, polietilen –38,5 faiz, qara metallardan künclüklər – 31,1 faiz, avtobuslar – 36,6 faiz, sement və sement klinkerləri – 24,3 faiz azalıb.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay