Bu il yaşayış evlərinin tikintisinə yönəldilən vəsait 2 dəfə azalıb - STATİSTİKA
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.
Bu barədə Valyuta.az-a Dövlət Statistika Komitəsindən xəbər verilib.
Belə ki, hesabat dövründə ölkədə ümumi sahəsi 1 201,0 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yeddi ayı ilə müqayisədə 2,3 dəfə azdır.
Belə ki, 2020-ci ilin analoji dövründə ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 2 708,5 min təşkil edib.
Cari ilin yanvar-iyulunda yaşayış evlərinin tikintisinə 537,3 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 27,2% azdır.
Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, əvvəlki illə müqayisədə 47,6% azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay