Statistika
18.08.2021 / 19:35
Ayaqqabı və geyim istehsalında ciddi artım var - STATİSTİKA
17222
Bu ilin 7 ayı ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 278,0 milyon manat dəyərində məhsul istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq statistik göstəricilərində qeyd edilib.
Sənədə əsasən, istehsalatda əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə ciddi artım müşahidə olunub.
Belə ki, bu artım dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 61,2 faiz, toxuculuq sənayesində 56,4 faiz, geyim istehsalında isə 1,2 faiz təşkil edir.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay