Statistika
15.07.2021 / 13:03
Mənzil bazarında qiymətlər artdı: Səbəb nədir?
15659
2021-ci ilin birinci yarısında mənzil bazarında qiymətlər əvvəlki ilin eyni dövrünə nisbətən 2,4 faiz yüksəlib.
Bu barədə Valyuta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bahalaşma ilkin mənzil bazarında 2 faiz, təkrar mənzil bazarında 2,4 faiz olub.
Qiymət artımı 2021-ci ilin ikinci rübündə güclənib. Məlumatların təhlili göstərir ki, ikinci rübdə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.
Qiymət artımı ilin və təkrar bazarda eyni səviyyədə olub.
İllik müqayisədə bahalaşma tempi artsa da aylıq müqayisədə zəifləyib. Belə ki, bu ilin ikinci rübündə bahalaşma birinci rübə nəzərən 0,9 faiz təşkil edib. Qiymətlərin birinci rübə nisbətən ikinci rübdə artması ilkin bazarda 1,6 faiz, təkrar bazarda 0,9 faiz olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay