Statistika
15.07.2021 / 10:25
Azərbaycanın dövlət büdcəsinin qalıq vəsaitləri nə qədərdir? - STATİSTİKA
15636
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 11 755 milyon manat, xərcləri isə 11 590,5 milyon manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 % və 1,2 % azdır.
Son nəticədə büdcədə 164,5 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-may aylarının yekununda büdcə qalığı 368,9 milyon manat olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay