Ölkədə elektrik enerjisi, qaz və buxar sektorlarının gəlirləri artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 028,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 0,1% çoxdur.
Valyuta.az Dövlət Statistika Komitəsininin yaydığı hesabata əsasən bildirir ki, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 156,1 mln. manat təşkil edib, bu da 7,6% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib (2,4%-lik artım). Su təchizatı, ötən il tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,4% azalaraq 318,6 mln. manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay