Mayda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb
Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsində kəskin azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkədə ümumi sahəsi 772,7 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 68,7% azdır.
Təkcə may ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 10% artaraq 152,6 min kvadrat metr təşkil edib, illik ifadədə isə bu göstərici 6% azalıb.
Xatırladaq ki, cari ilin yanvar-may aylarında yaşayış evlərinin tikintisinə 371,6 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 28,3% azdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da əvvəlki illə müqayisədə 47,6% azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay