Statistika
15.06.2021 / 12:38
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir açıqlanıb
13931
Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2% azalaraq 2,949 milyard manat olub.
Bu barədə Valyuta.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunur ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 232,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7%-ni təşkil edib. Fiziki şəxslər tərəfindən əhaliyə 716,6 mln. manatlıq ödənişli xidmətlər göstərilib ki, bu da illik ifadədə 4% azdır.
Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 294,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay