Statistika
14.06.2021 / 21:38
TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar kəskin azalıb
13908
Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13 623,0 min ton, yük dövriyyəsi isə 3 225,1 milyon ton-km olub.
Dövlət Statistika KomitəsindənValyuta.az-a verilən məlumata görə, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8% və 8,7% azdır.
Hesabat dövründə yüklərin 7581,4 min tonu və ya 55,7%-i avtomobil nəqliyyatı, 4 435,3 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 1606,3 min tonu və ya 11,8%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 23,7%-i və ya 3 229,2 min tonunu tranzit yüklər təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay