Statistika
14.06.2021 / 20:46
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 15 faizədək azalıb
13902
Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 14 718,3 min ton neft nəql edilib.
Valyuta.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 75,6 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-may ayları ərzində bu neft kəməri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 5,9 % az olub.
Bu ilin yanvar-may ayları ərzində BTC vasitəsilə 11 124,8 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 11,2 % azdır.
Dövr ərzində BTC kəməri ilə 1 523,3 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,9 % azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay