Statistika
14.06.2021 / 20:08
Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2 faizədək artıb
13897
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6,1 mln. ton yük, 876,8 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,7% artım, sərnişin daşınmasında isə 27% azalma müşahidə olunub.
Orta hesabla sutkada 384 vaqon yüklənib, 327 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,6 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay