Statistika
14.06.2021 / 10:03
Ötən ay ərzaq məhsullarının alışı kəskin artıb
13807
Bu ilin 5 ayı ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 7 537,6 milyon manat xərclənib.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən xəbər verir ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,4% artıb.
Təkcə may ayında əhali ərzaq məhsullarına 1,647 mlrd. manat xərcləyib ki, bu da aprel ayı ilə müqayisədə 30,5% çoxdur.
Qeyd edək ki, aprel ayında əhalinin ərzaq məhsullarına xərcləri 1,262 mlrd. manat təşkil edib, bu da 11 aylıq minimum kimi qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay