Bu rayonlar özü-özünü dolandıra bilmir – CƏDVƏL
Ötən ilin dövlət büdcəsindən yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 25 rayona 50,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Valyuta.az Hesablama Palatasının yaydığı hesabata istinadən bildirir ki, 2 rayon ayrılan vəsaitdən (Ağstafa və Qobustan) istifadə etməyib.
Mərkəzləşdirilmiş xərclərdən istifadə edən 23 rayon ümumilikdə 28,3 milyon manat xərcləyib. Bu rayonlardan 8-də yerli gəlirlər yerli xərclərdən çox olsa da, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitdən istifadə olunub.
Ötən il yalnız 15 rayonda yerli gəlirlər yerli xərcləri qarşılamayıb. Öz xərclərini qarşılaya bilməyən rayonların adını, gəlirlərini, xərclərini və aldıqları dotasiyanın məbləğini təqdim edirik:
Rayonlar |
Yerli gəlirləri |
Yerli xərcləri |
Ayrılan dotasiya (xərclənən) |
Ağdam |
5 167 |
7 015 |
2 450 |
Cəbrayıl |
1 208 |
2 624 |
1 710 |
Gədəbəy |
6 564 |
6 584 |
515 |
Kəlbəcər |
2 419 |
3 513 |
1 430 |
Laçın |
3 141 |
4 564 |
1 760 |
Lerik |
3 306 |
4 548 |
1 700 |
Oğuz |
2 928 |
4 211 |
1 690 |
Qax |
4 293 |
7 245 |
3 191 |
Samux |
4 312 |
4 429 |
590 |
Tərtər |
5 725 |
6 537 |
1 360 |
Xocalı |
471 |
1 480 |
1 071 |
Xocavənd |
1 038 |
1 825 |
1 444 |
Yardımlı |
2 523 |
4 071 |
1 931 |
Zəngilan |
1 603 |
2 335 |
920 |
Zərdab |
3 702 |
4 895 |
1 964 |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay