Poçt xidmətlərindən əldə olunan gəlirlər açıqlanıb
2020-ci ildə Azərbaycanda poçt xidmətlərindən əldə olunan gəlirlərin həcmi bir il öncəki göstərici ilə müqayisədə 6,9 mln. manat və ya 11,7% azalıb.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, ötən ilin nəticələrinə görə, ölkədə poçt xidmətlərindən əldə olunan gəlirlərin həcmi 52,2 mln. manat təşkil edib.
Hesabat ilində ölkədə 20 yeni poçt şöbəsi istifadəyə verilib. Ümumilikdə, ölkə üzrə poçt şöbələrin sayı 1 705 vahid təşkil edib ki, onlardan 1 289-u kənd yerlərində yerləşir.
Ötən ilin sonuna olan göstəriciyə uyğun olaraq poçtalyonların sayı 1 235 nəfər olub ki, onlardan 449 nəfəri kənd yerlərində fəaliyyət göstərib.
Poçtla məktub göndərişləri 2020-ci ildə (2019-cu illə müqayisədə) 3,1% artaraq 6,6 mln. təşkil edib.
Hesabat dövründə poçt şəbəkəsi üzrə 335,6 min ədəd bağlama göndərilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay