Bu il Azərbaycanda elektrik enerjisi istehsalı cüzi artıb - STATİSTİKA
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 8 milyard 383 milyon kVt/saat olub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a məlumat verilib ki, hesabat dövründə ölkədə 8 milyard 123,8 milyon kVt/saat (artım 1,4%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
2021-ci ilin yanvar-aprel aylarında istilik elektrik stansiyalarında 7 milyard 652,4 milyon kVt/saat (artım 0,3%), su elektrik stansiyalarında 427,7 milyon kVt/saat (artım 28,1%) elektrik enerjisi istehsal edilib.
Qeyd olunan dövrdə külək elektrik stansiyalarında 29,9 milyon kVt/saat (azalma 11%), günəş elektrik stansiyalarında 13,8 milyon kVt/saat (artım 7,8%) elektrik enerjisi istehsal edilib.
2020-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2019-cu illə müqayisədə 1,1% - 25 milyard 811,2 milyon kVt/saata qədər azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay