Azərbaycanda komputer istehsalı artıb - HESABAT
Cari ilin yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.
Dövlət Statistika Komitəsin Valyuta.az verilən məlumata görə, 4 ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 71,3 milyon manatlıq məhsul istehsal olunub.
2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 65,2 faiz artıb.
Hesabat dövründə ötən ilin yanvar-aprel aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 31,5 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,7 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 73,1 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 67,9 faiz artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay