Statistika
15.05.2021 / 16:20
Azərbaycanda nə qədər tütün məmulatı istehsal olunub?
12254
Azərbaycanda emal sənayesində yanvar-mart aylarında 3 milyard 223,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 83,1 faiz, qida məhsullarının istehsalında 6,3 faiz artım, içki istehsalında isə 13,1 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 58,1 faiz, kolbasa məmulatları 27,5 faiz, duru bitki yağları 12,9 faiz, kərəyağı istehsalı 6,3 faiz artıb, marqarin istehsalı isə 16,9 faiz azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay