Statistika
06.05.2021 / 16:33
Son 6 ildə ərzaq ən yüksək həddə qədər bahalaşıb
12056
“Artıq 11 aydır artmaqda davam edən ərzaq qiymətləri indeksi aprel ayında daha 1,7 faiz yüksələrək 120,9 bəndə çatıb ki, bu da 2014-cü ilin may ayından bəri ən yüksək həddir”.
FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) bu barədə Valyuta.az-a verdoyo məlumata görə, bu artımı şərtləndirən başlıca amillər ay ərzində dənli bitkilər indeksinin 1,2 faiz artaraq 125,1 bəndə çatıb.
Eləcə də, şəkərin 3,9 faiz artaraq 100 bəndə, bitki yağının 1,8 faiz artaraq 162 bəndə, ağartı məhsullarının 1,2 faiz artaraq 118,9 bəndə, ətin indeksinin 1,7 faiz artaraq 101,8 bəndədək yüksəlib.
Qeyd olunur ki, dənli bitkilərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 25,6 bənd, yəni 26 faiz, ağartı məhsullarında isə müvafiq olaraq 24,1 faiz artıq olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay