Bu il Bakıda sənaye istehsalı 1,2 faiz artıb
2021-ci ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi artıb.
Bakı Statistika İdarəsindən Valyuta.az-a verilən xəbərə görə, bu həcm əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 8,8 milyard manat təşkil edib.
Sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 18,6 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faiz olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2021-ci il vəziyyətinə 340,6 milyon manatlıq hazır məhsul ehtiyatı olunub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay