Statistika
04.05.2021 / 16:06
Azərbaycanın sənaye sektorunda 6,8 bəndlik artım olub
11916
Bu ilin aprel ayında Azərbaycanın sənaye sektorunda Biznes İnam İndeksi kəskin artaraq 6,8 bəndə yüksəlib. Martda bu göstərici 1,8 bəndə bərabər idi.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, artımın əsas drayveri məhsul istehsalı indeksinin -5,2 bənddən 12,1 bəndədək artması olub.
Hazır məhsul ehtiyatı indeksi isə bir az yaxşılaşaraq 6,2 bənddən 7,6 bəndədək yüksəlib.
Qeyd edək ki, sözügedən sektorda növbəti üç ay üzrə istehsal və qiymət gözləntiləri indeksləri cüzi azalaraq müvafiq olaraq 15,8 bənd və 9,8 bənd təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay