Pandemiya dövründə əczaçılıq məhsullarına nə qədər vəsait xərclənilib? - QRAFİK
COVID-19 pandemiyasının başladığı 2020-ci ilin mart ayından bu ilin aprelinədək (1 il) Azərbaycan əhalisi ölkənin pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 873,7 mln. manat xərcləyib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, təkcə cari ilin yanvar-mart aylarında istehlakçılar sözügedən məhsullara 216,1 mln. manat xərcləyib ki, bu da illik müqayisədə 49,3% çoxdur.
Qeyd edək ki, təkcə mart ayında satışların həcmi 77,7 mln. manat təşkil edib, bu da fevral ayı ilə müqayisədə 11,5% çoxdur. Sözügedən dövr ərzində (2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək) əczaçılıq məhsullarına xərclərin pik nöqtəsi dekabrda (104,2 mln. manat), ən aşağı səviyyəsi isə 2020-ci ilin mart ayında qeydə alınıb (53,4 mln. manat).
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay