Statistika
29.04.2021 / 14:28
"Azəri-Çıraq-Günəşli"də hasil edilən neft 6,3% azalıb
11670
Cari ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 6 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 6,3% azdır.
Valyuta.az xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabatda qeyd edilib.
Rübün sonunda AÇG-də ümumilikdə 133 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Hesabata görə, hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təxminən 142 mln. dollar əməliyyat məsrəfləri və 463 mln. dollardan çox əsaslı məsrəflər xərclənib.
İlin I rübü ərzində AÇG-də 3 neft hasilatı və 2 suvurma quyusu qazılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay