Pandemiya Azərbaycana turizm axınına mənfi təsir edib - RƏSMİ
Koronavirus (COVID-19) pandemiyası Azərbaycanda turizm axınına və turizm sənayesinin inkişafına mənfi təsir edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Valyuta.az-a verilən məlumata görə, pandemiya nəticəsində 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Xatırladaq ki, birinci rübdə Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 83,9 milyon manatlıq əməliyyat aparıb. 2021-ci ilin mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 33,4 milyon manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay