Statistika
29.04.2021 / 11:23
Nəqliyyat xidmətləri üzrə qeyri-neft ixracının həcmi AÇIQLANIB
11648
2020-ci ilin yekunlarına görə nəqliyyat xidmətləri üzrə qeyri-neft ixracı 1,3 milyard ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında qeyd edilib.
Bura yük daşımaları xidməti üzrə 1,1 milyard ABŞ dolları, sərnişin daşımaları üzrə 36,3 milyon ABŞ dolları, digər nəqliyyat xidmətləri ixracı üzrə isə 118,3 milyon ABŞ dolları daxildir.
Habelə, turizm xidmətləri üzrə 47,4 milyon ABŞ dolları, tikinti xidmətləri üzrə 28,9 milyon ABŞ dolları, maliyyə xidmətləri üzrə 9 milyon ABŞ dolları, digər işgüzar xidmətlər üzrə isə 542 milyon ABŞ dolları təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay