Ölkəmizdən ixrac edilən məhsulların siyahısı AÇIQLANDI
2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 milyon ABŞ dolları) birinci olub.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında qeyd edilib.
Polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (9,7 milyon ABŞ dolları) üçüncü olub.
Birinci rübdə meyvə-tərəvəz ixracı 97,2 milyon, pambıq lifi ixracı 69 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 milyon, pambıq ipliyi ixracı 10,3 milyon, kimya sənayesi məhsullarının ixracı 9 milyon, şəkər ixracı 9 milyon, heyvan mənşəli piylər və yağlar ixracı 8,4 milyon, spirtli və spirtsiz içkilərin ixracı 3,4 milyon, bitki və çay ixracı 2 milyon ABŞ dolları təşkil edib.
Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-i təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay