Əhalinin 49 faizi toyuq saxlayır – Maraqlı STATİSTİKA
Azərbaycanda heyvan, quş və arı ailələrinin mövcudluğu ilə bağlı statistik müayinə aparılıb.
Aparılan qiymətləndirməyə əsasən, ailələrin 48,6 faizi toyuq saxlayır. Hər ailəyə düşən toyuq sayı orta hesabla 21 başdır. Şəhər yerlərində ailələrin 19,3 faizi, kənd yerlərində isə 85 faizi toyuq saxlanılır.
Bundan başqa əhalinin 17,2 faizinin hind toyuğu, 16 faizinin qaz-ördəyi var. Həm hind toyuğunda, həm də qaz-ördək saxlanılmasında böyük pay kənd yerlərinə düşür.
Ailələrin 24 faizi inək, 9,7 faizi qoyun saxlayır. Hər ailə təsərrüfatında orta hesabla 2,6 baş inək, 22,7 baş qoyun saxlanılır.
Nisbət baxımından sıralandıqda ailələrin 3,1 faizi keçiyə, 1,6 faizi ata, 0,9 faizi eşşəyə sahibdir. Statistik müşahidə göstərir ki, şəhər yerlərində az da olsa at və keçi saxlayanlar tapılsa da, eşşək saxlayana təsadüf edilməyib.
Arı ailəsi saxlayanlar isə ailələrin 1,8 faizini təşkil edir. //Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay