Statistika
27.04.2021 / 17:34
Aqrar məhsulları istehsalı indeksi artıb - STATİSTİKA
11550
Cari ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi artıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, mart ayında fevral ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 100,9 faiz, heyvandarlıq məhsulları üzrə 100,2 faiz təşkil edib.
Mart ayı ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 101,6 faiz olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay